Bakıda qatarın üstünə çıxan yeniyetməni “tok” vurdu

media-hightechnic-468x90

Bakı şəhəri, Suraxanı rayonunda 2002-ci il təvəllüdlü şəxs dəmir yolu xəttində hərəkətsiz dayanmış qatarın üstündə olan zaman elektrik naqilinə toxunub və cərəyan vurması nəticəsində xəsarət alıb.

Yenicag.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Halsız vəziyyətdə olan vətəndaş xilasedicilərin köməkliyi ilə aşağı endirilib və hadisə yerinə cəlb olunmuş həkim briqadasına təhvil verilib.

Əməliyyat başa çatıb.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600