Bakıda qəbirstanlıqda oğurluq baş verib

media-hightechnic-468x90

5a211f9dd4c18ee5cbe4789c525fb104Oğurlanan büstün qiyməti 10 min manatdan çoxdur

Bakıdakı qəbiristanlıqlardan birində tuncdan hazırlanmış büst oğurlanıb. Hadisə Xətai rayonu, N.Şükürov 2 ünvanında yerləşən Keşlə qəbiristanlığında qeydə alınıb. Paytaxt sakini, 1966-cı il təvəllüdlü Ataxan Hüseynov (adlar və soyadlar şərtidir) Xətai rayon Polis İdarəsi, 37-ci Polis Bölməsinə müraciət edərək vəfat etmiş həyat yoldaşı üçün düzəltdirdiyi tunc büstün oğurlandığını bildirib.

A.Hüseynov qeyd edib ki, həyat yoldaşı 2012-ci ildə dünyasını dəyişib və onun qəbri üzərində büst qoydurub. Bu günlərdə qəbiristanlığa gedərkən büstün oğurlandığını görüb. Tuncdan hazırlanan büstün ümumi dəyəri 10 min manatdan artıqdır.

Faktla bağlı araşdırmalar aparılır. (lent.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600