Bakıda Şaxta baba və Qar qız olmaq üçün RÜSUM

media-hightechnic-468x90

Bakıda 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və 1 yanvar – Yeni il münasibətilə fəaliyyət göstərəcək Şaxta baba və Qar qız cütlüyünün sifariş qiyməti müəyyənləşib.

Yenicag.az zəbər verir ki, bu barədə Trend-ə Bakı şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamentindən məlumat verilib.

Məlumatda bildirilib ki, Şaxta baba və Qar qız kimi fəaliyyət göstərmək üçün qiymətlər keçən ildəkindən fərqlənmir: “Şaxta baba və Qar qız icazəsi almaq üçün rüsum 60 manatdır. Bu rüsumu ödəyən cütlük Bakıda fəaliyyət göstərə bilər. 2017-ci ildə də həmin qiymət idi, dəyişiklik yoxdur”.

Departamentdən bildiriblər ki, hələlik Şaxta baba və Qar qız olmaq üçün quruma müraciət olunmayıb: “Şaxta baba və Qar qız cütlüklərinin fəaliyyətinə dekabrın 25-dən icazə veriləcək. Cütlük 2019-cu il yanvarın 15-dək fəaliyyət göstərəcək”.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600