Bakıda silahlı basqın

media-hightechnic-468x90

16699Daxili İşlər Nazirliyi “Beynəlxalq Bank”-a məxsus bankomatın partladılması barədə məlumat yayıb. DİN-dən verilən məlumata görə, oktyabrın 10-da saat 05 radələrində DİN-in “102 Zəng Mərkəzi”nə Sabunçu rayonu Bilgəh qəsəbəsinin ərazisində partlayış səsinin eşidilməsi barədə məlumat daxil olub.

Araşdırmalar zamanı Ü.Hacıbəyov küçəsində yerləşən mağazanın önündə “Beynəlxalq Bank”-a məxsus bankomatın partladılması və içərisindəki pul olan qutunun aparılması müəyyən edilib.

Mağazanın mühafizəçisi İkram Mirzəyev izahatında 3 maskalı şəxsin avtomat silahla onu hədələyərək əl-ayağını yapışqanlı lentlə bağlayıb “VAZ-2107” markalı avtomobilin yük yerində aparmalarını və bir neçə dəqiqədən sonra yenidən mağazanın qarşısında düşürmələrini bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 181.2.1-ci və 181.2.5-ci (quldurluq) maddələri ilə cinayət işi başlanıb.

Faktla bağlı araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600