Bakıda sürücü bir-neçə saniyədə iki maşını əzdi – Video

media-hightechnic-468x90

8101b-surucuBakıda qəza edən sürücü hadisə yerindən qaçmaq istəyib.

BMW markallı avtomobil paytaxtın Yasamal rayonunda ardıcıl olaraq iki avtomobillə toqquşub. Qəza anı video registrator tərəfindən qeydə alınıb. BMW avtomobilinin sürücüsü arxaya manevr etməyə çalışarkən qəsdən bir avtomobili vurur.

Kadrlardan da göründüyü kimi sürücü bu qəzanı bilərəkdən törədir. Qəza baş verən zaman sürücünün üzündə təbəssüm olması da diqqətlərdən yayınmır. İşıqfora çatandan sonra bir digər avtomobillə toqquşan BMW bir neçə saniyədə aləmi bir-birinə qatır.

Akim Abbasov küçəsində nə baş verdiyini anlamaq çətindir. Kadrlarda görünür ki, onlarla şahid olmasına baxmayaraq sürücü qəza yerini tərk etməyə çalışıb. İstisna edilmir ki, sürücü sükan arxasında sərxoş halda əyləşib.\Baku.ws\

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600