Bakıda tələbələr yol qəzasına düşüb

media-hightechnic-468x90

sabirabadda-agir-yol-qezasi-bas-verib-2-nefer-olub-0Bakıda bir nəfərin ölümü digərinin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

media-banner_tkm

Yasamal Rayon Polis İdarəsindən verilən məlumata görə, yol qəzası Yeni Dairəvi yolda qeydə alınıb.

Bakı şəhər sakini, Kooperasiya Universitetinin 2-ci kurs tələbəsi, 1994-cü il təvəllüdlü Bağır Kamran oğlu Məmmədzadənin idarə etdiyi 99-CX-857 dövlət nömrə nişanlı “Opel” markalı avtomobil idarəetməni itirərək maneəyə çırpılıb.

Qəza nəticəsində avtomobildə olan sərnişinlər, Bakı şəhər sakinləri, Kooperasiya Universitetinin 2-ci kurs tələbəsi, 1996-cı il təvəllüdlü Kamal Müşfiq oğlu İbadov və 1994-cü il təvəllüdlü Xarici Dillər Universitetinin 3-cü kurs tələbəsi Cəmşir Cavanşir oğlu Bayramov ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

C. Bayramov aldığı xəsarətlərdən Klinik Tibbi Mərkəzdə ölüb.

Faktla bağlı araşdırma aparılır(apa).

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05