Bakıda zəncirvari qəza - Ölən var

media-hightechnic-468x90

Yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət almış Firqət İsgəndərov yerləşdirildiyi xəstəxanada ölüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, mayın 21-də saat 23 radələrində Xətai rayonu ərazisində Bakı şəhər sakini H.Şamilov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarında dayanmış “Toyota Prado” və “VAZ-2107” markalı avtomobillərə vurub, sonra isə yolun kənarı ilə gedən E.Almazova dəyib. Nəticədə E.Almazov və H.Şamilovun sərnişini Firqət İsgəndərov xəstəxanaya yerləşdirilib, F.İsgəndərov orada ölüb.

Xətai RPİ tərəfindən araşdırma aparılır.

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa