Balın körpə uşağa zərəri
1 yaşdan az uşaqlara verilən bal ölümə belə səbəb ola bilər. Bal 12 aydan kiçik uşaqları zəhərləyir. Belə ki, arılar bal hazırlamaq üçün çiçəklərdən nektar toplayarkən, botulizm bakteriyalarını da toplayıb fərqində olmadan balın hazırlanmasında istifadə edirlər.
Yetkin insanlarda həm bədənin müqaviməti güclü olduğundan, həm də mədənin turşu səviyyəsi bu bakteriyanın zərər verməsinə imkan vermir. Körpələrdə isə həm müqavimət sistemi yaxşı inkişaf etmir, həm də mədə yalnızca ana südünü həzm edəcək haldadır.
Yetkin insanların əksinə, kiçik uşaqlarda həzm sistemində botulizm mikroblarını yoxlayan, bakteriyaların çoxalmasını və zəhər ifraz etməsini əngəlləyən faydalı bakteriyalar hələ inkişaf etməyib. Bu bakteriya uşaqlarda ‟botulizm‟ adı verilən təhlükəli zəhərlənməyə yol aça bilər.
Zəhərlənən körpə, nəfəsalma və udqunma problemi çəkə bilər, qol, ayaqlar və boyunda gücsüzlük ortaya çıxa bilər və bu hal çox ciddi problemlərə yol aça bilər. 1 yaşını keçmiş uşaqlara balın zərəri olmazkən, 12 aydan aşağı uşaqlara bal verilməməyi tövsiyə edilir.