Səudiyyə Ərəbistanı İstanbul Baş konsulu Məhəmməd Uteybi Camal Qaşıqçı hadisəsindən sonra vəzifəsindən azad edilib.
Yenicag.az xəbər verir ki, bu barədə ərəb mətbuatı məlumat yayıb.
Səlahiyyətlilərin verdiyi digər açıqlamalarda, Uteybinin də istintaqa cəlb olunacağı qeyd olunub.
Konsulun vəzifəsindən azad edilməsinə səbəb kimi onun üzərinə düşən işi layiqincə yerinə yetirməməsi və ciddi pozuntulara yol verməsi göstərilib.
Qeyd edək ki, Səudiyyə əsilli jurnalist Camal Qaşıqçı oktyabrın 2-də İstanbulda Səudiyyə Ərəbistanı Baş Konsulluğuna daxil olub və bir daha geri çıxmayıb.
Dünən isə Türkiyə təhlükəsizlik orqanları jurnalistin öldürülməsi ilə bağlı səs yazıları yayıb. Məlumata görə, ilk öncə jurnalistin barmaqları kəsilib, daha sonra işgəncəyə davam edilib. Sonda isə başı kəsilib.
Camal Qaşıqçını öldürən şəxsin adı Salah əl-Tubaqidir. O, qışqırıqları eşitməmək üçün yüksək səsli musiqi sədaları altında dəmir kəsən mişarla Qaşıqçının bədənini parçalayıb. Salah əl-Tubaqi Britaniya universitetinin məzunudur. O, 2004-cü ildə Qlazqo universitetini bitirib. Autopsiya üzrə ekspert kimi fəaliyyət göstərib. Salah Haşoqqinin ölümündə şübhəli bilinən 15 nəfərdən biridir. Onun oktyabr ayının 2-də Atatürk hava limanında görüntülənməsi iddiaları daha da gücləndirir.
Səs yazılarına əsasən, qətl baş verən zaman otaqda olan baş konsul: “Mənim başıma oyun açacaqsınız, bunu kənarda bir yerdə edin”, – deyə narazılığını bildirib. Cavabında isə, “Əgər Səudiyyə Ərəbistanına qayıtdıqda yaşamaq istəyirsənsə, sus!” şəklində qaşılıq alıb.
Həşim Səhrablı
www.yenicag.az