!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Baş Prokurorluqda şagirdlər arasında rəsm müsabiqəsinə başlandı

!Reklam – Yazi

Azərbaycanın Baş Prokurorluğu və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Ümumdünya Korrupsiyaya Qarşı Mübarizə Gününə həsr olunan “Korrupsiyaya yox deyək!” V-XI sinif şagirdləri arasında respublika rəsm müsabiqəsinə start verilib.

Bu barədə Yenicag.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, müsabiqənin keçirilməsində məqsəd uşaq və gənclərin korrupsiyaya qarşı mübarizə üzrə qanunvericilik sahəsində maarifləndirilməsi, məktəblilərin informasiya axtarışına, eləcə də təhsildə yaradıcılığa həvəsləndirilməsi, onların asudə vaxtının səmərəli təşkilindən ibarətdir.

“Müsabiqə ümumtəhsil məktəblərinin V-XI sinif şagirdləri arasında keçirilir.

Müsabiqə üzrə tələblər aşağıdakılardır:

– müsabiqəyə göndərilən işlər mövzuya uyğun olmalıdır;

– müsabiqəyə hər iştirakçı 1 rəsm işi ilə qatıla bilər.

– kollektiv işlər müsabiqəyə qəbul edilmir;

– rəsmlərin işlənmə texnikası sərbəstdir (akvarel, quaş, yağlı boya, akril, pastel və s.);

– rəsmlərin çəkilməsi zamanı ölçülərə məhdudiyyət qoyulmur;

– internet və digər oxşar resurslardan köçürülmüş işlər qəbul edilmir;

– işlər təqdim edilərkən müəllif haqqında ətraflı məlumat – adı, soyadı, atasının adı, təvəllüdü, oxuduğu məktəb, sinif, məşğul olduğu müəssisə və əlaqə vasitəsi etiket nümunəsinə uyğun çap olunub rəsmin arxa tərəfində yuxarı sol küncünə yapışdırılmalıdır;

– müsabiqənin təşkilatçıları təqdim edilmiş rəsmlərdən gələcəkdə istifadə etmək hüququnu özündə saxlayır.

– müsabiqəyə təqdim edilmiş rəsm işlərinə A4 formatında 200 sözü keçmədən izahlı mətni əlavə olunmalıdır.

Müsabiqə 2 mərhələdə keçirilir.

Birinci mərhələ 3-20 noyabr 2022-ci il tarixlərində keçirilir. Bu mərhələdə rəsm işləri 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin ünvanına (Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi 37. Az 1123) poçtla və yaxud [email protected] elektron ünvanına göndərilməlidir.

İkinci mərhələ 20 noyabr – 5 dekabr 2022-ci il tarixlərində keçirilir. Bu mərhələdə münsiflər heyəti tərəfindən qalib işlər müəyyənləşdirilir.

9 dekabr 2022-ci il tarixində qaliblərin iştirakı ilə yekun tədbirin keçirilməsi nəzərdə tutulur.

Müsabiqədə I, II, III yerlərin qalibləri təşkilatçı qurumlar tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaq”, – məlumatda qeyd edilib.

www.yenicag.az

338
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv