Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

"Başı gedir, elə bir hərəkət edir ki... " - Natavan kimi məsxərəyə qoydu?

“Mənəm-mənəm deyənlərin sonunu çox görmüşük. Allah bizi o eqodan saxlasın”.

Yenicag.az xəbər verir ki, çoxdandır şou-biznes aləmində görünməyən müğənni Natavan Həbibi qalmaqallı açıqlaması ilə sükutu pozub.

O, ulduz xəstəliyi yaşayan həmkarlarını məsxərəyə qoyub:

“Çox qorxuram belə şeylərdən. Çox görmüşəm ki, adı qulağına dəyir, başı gedir adamın. Ulduz xəstəliyi yaşayır. Allah bumeranq kimi başına elə bir hadisə gətirir, tappıltı ilə düşür yerə. Yenə sıfırdan başlayır.
Balaca uğura çatır, yenə cızığından çıxır, elə bir hərəkət edir, gözdən düşür. Onları qınamıram da, çünki bu, hər insanın başına gələ bilər. Heç kim özünü tanımır. Kim deyirsə ki, özümü tanıyıram, yalan deyir. Elə bir şey baş verə bilər, ağlın gedər. Bilməzsən hansı vəziyyətdə, hansı hərəkəti edərsən, sabah buna görə utanacaqsan, ya utanmayacaqsan”.

Natavan bu fikirləri ARB-nin “Şou Nyus” verilişində səsləndirib.

Nehru

www.yenicag.az

805