Batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub.
Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Lənkəran şəhərində, dənizdə, qeyri-çimərlik (nəzarətsiz) ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub.
www.yenicag.az