“Bavariya” yeni baş məşqçisini təqdim etdi - rəsmi

media-hightechnic-468x90

Almaniyanın “Bavariya” klubunun yeni baş məşqçisi bəlli olub.

media-banner_tkm

Yenicag.az Münhen klubunun rəsmi saytına istinadən xəbər verir ki, komandanı bundan sonra Yupp Haynkes çalışdıracaq.

Bu gün onunla mövsümün sonuna qədər müqavilə imzalanıb. 72 yaşlı mütəxəssis işinə oktyabrın 9-da başalayacaq. Haynkes bu vəzifədə istefaya göndərilən Karlo Ançelottini əvəz edib.

Qeyd edək ki, Y.Haynkes bundan əvvəl 3 dəfə “Bavariya”nı (1987-1991, 2009, 2011-2013) çalışdırıb. O, 2012/13 mövsümündə Münhen klubuna UEFA Çempionlar Liqası, Bundesliqa, Almaniya Kuboku və ölkə Superkubokunu qazandırıb. Haynkes məhz bu uğurların ardından komandadan ayrılmışdı.

O, yeni təyinatından sonra maraqlı açıqlama da verib: “Bu, qayıdış deyil, sadəcə, dost xidmətidi. Belə bir qərarı qəbul etdim, çünki “Bavariya”nın buna ehtiyacı var idi. Özümü çox gözəl hiss edirəm”.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05