Bayılda 80 göyərçin oğurlanıb

media-hightechnic-468x90

goyercinBakıda xeyli göyərçin oğurlanıb. Hadisə Bayıl qəsəbəsi G.Əliyev küçəsində baş verib. Həmin küçədə yaşayan 1985-ci il təvəllüdlü Əliyev Əkbər İnqilab oğlu 80 ədəd göyərçininin naməlum şəxs və ya şəxslər tərəfindən aparıldığını bildirib. 8-ci Polis Bölməsinə ərizə ilə müraciət edən Ə.Əliyev qeyd edib ki, dekabrın 2-si və 3-də evdə kimsə olmayıb. Həmin müddətdə həyətdəki damda saxladığı 80 göyərçin naməlum şəraitdə oğurlanıb.

Faktla bağlı araşdırmalar aparılır.

(arxiv.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600