IV İslam Həmrəyliyi Oyunları İslam ölkələri arasında əlaqələrin inkişafına xidmət etdi. Oyunlar bütün İslam ölkələri mətbuatında xüsusi olaraq işıqlandırıldı.
Yenicag.Az xəbər verir ki, bu sözlər “Bakı İslam Həmrəyliyi Oyunlarının İslam ölkələri mediasında işıqlandırılması” mövzusunda dəyirmi masada səsləndirilib.
“İRŞAD” İslam Artaşdırmalar Mərkəzinin direktoru Rafiq Əliyev bildirib ki, tədbirin keçirilmə məqsədi oyunların nəticələri haqqında məlumat vermək və bu oyunların dünya mətbuatında işıqlandırılmasına dikqqət çəkməkdir: “Bu, təkcə idman yarışı deyildi, xalqlararası mədəniyyətin, həmrəyliyin bir imtahanı idi. Azərbaycan bu imtahandan üzüağ çıxdı. Təkcə islam ölkələri deyil, həmçinin digər ölkələr də bu oyunlar barədə reportajlar hazırlandı. Bu oyunlar bütün dünyanın diqqətini nəinki Azərbaycana yönəltdi, həmçinin təəccübləndirməyi də bacardı. Hazırda bir sıra ölkələrdə insanlar futbol oyununa qorxu hissi ilə gedirlər. Ölkəmiz isə sülh şəraitində belə möhtəşəm tədbirə ev sahibliyi etdi”.
İslam Əməkdaşlıq Təşkilatı üzv dövlətlərin Jurnalistlər Assosiasiyasının rəhbəri Fazil Abbasov oyunlar ərəfəsində İslam ölkələri mətbuatı və televiziyalarının monitorinqi barədə məlumat verdi. O, İslam ölkələri mətbuatında oyunlar barədə yayımlanan reportajların qürur hissi yaşatdığını bildirdi: “İslam ölkələri haqqında hələ ötən əsrin 60-cı illərindən vəziyyətini yaxından izləyirəm. Bu gün bəzi müsəlman ölkələrinin dağıdılması, vətəndaşlarının qaçqına çevrilməsi fonunda Azərbaycan Prezidentinin İslam Həmrəyliyi oyunlarına ev sahibliyi etməsi böyük bir iradədən xəbər verir. Bu, həm də ölkə başçısının milli, islam dəyərlərinə nə qədər hörmətlə yanaşmasından irəli gəlir. Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva başda olmaqla könüllülərə qədər elə xoş aura yaratmışdılar ki, bu, bütün İslam ölkələrinə sirayət etmişdi. Bunu İslam ölkələrində bu barədə yazılan yazılara baxanda da hiss etmək olurdu. İslam ölkələri mətbuatını monitorinqini aparmaq elə də asan olmadı. Səudiyya Ərəbistanın “Ukas” qəzetində “İslam Həmrəyliyi Oyunlarının əfsanəvi açılışı” başlıqlı yazıda Azərbaycan Prezidentinin üç qitədən 54 ölkənin altı mindən çox nümayəndəsinin iştirak etdiyi əfsanəvi açılışda iştirak etdiyi yazılıb. Livan, Misir, Qətər və digər ölkələrin mətbuatında çox dəyərli məlumatlar yer alıb”.
Prezident Admistrasiyasının İctimai siyasi şöbəsinin əməkdaşı Bəhruz Həsənov bu oyunların İslam xalqlarını həmrəyliyə səsləyən bir hadisə olduğunu deyib: “IV İslam Həmrəyliyi Oyunlarının keçirildiyi müddətdə Azərbaycan xalqı böyük bir tarixi hadisənin şahidi oldu. Azərbaycan bu oyunları təşkil etməklə bir daha dünyaya sübut etdi ki, İslam ölkələrinin gəncləri müharibə ocaqlarında yox, idman arenalarında qarşı-qarşıya gəlməlidir. Bu oyunlar həm də onu göstərdi ki, İslam ölkələri arasında həmrəyliyin yaranmasına ehtiyac var. Bəlkə də, bu əlaqələr vaxtında qurulmadığı üçün bu gün bəzi İslam ölkələrində münaqişələri müşahidə edirik. Azərbaycan İslam dünyasının həmrəyliyinin qurulması üçün üzərinə götürdüyü vəzifəni uğurla davam etdirir. Açılış və bağlanış mərasimlərində Azərbaycan mədəni, milli irsinin bir hissəsini göstərməyə nail olduq. Azərbaycan mədəniyyəti İslam siviliyaziyasının ayrılmaz hissəsidir. Ölkə başçısının da dediyi kimi, biz milli mənəvi köklərimiz üzərində yeni bir dövlət qururuq. Milli köklərimiz üzərində qurduğumuz dövlətin dünyaya inteqrasiyası qədər İslam dövlətlərilə əlaqələrin qurulmasında maraqlıyıq. İslam dünyasının, eyni zamanda media sahəsində həmrəylik mühüm zərurətlərdən biridir. İslam Həmrəyliyi Oyunlarının İslam ölkələri mediasında işıqlandırılmasının şahidi olduq. Bununla da vahid media platformasında çıxış etməklə, həqiqətlərimiz dünyaya yanlış, təhrif olunaraq yayılmasının qarşısını ala biləcəyimizi gördük. Oyunlara gələn qonaqlar həm də Azərbaycanın qonaqpərvərliyinin şahidi oldular. Bu tədbir həm də İslam ölkələri arasında əməkdaşlıq, həmrəyliyin qurulmasında mühüm rol oynayacaq. Biz İslam ölkəsi olaraq bu cür oyunlar ətrafında müzakirələrin keçirilməsinə hər zaman hazırıq. Bundan sonra yarışlar qardaş Türkiyədə keçiriləcək. Biz onlara da uğurlar arzulayırıq”.
Mərakeş səfiri Məhəmməd Adil oyunları televiziya vasitəsilə yüz minlərlə insanın izlədiyini bildirib: “Mərakeşin birbaşa idman verilişləri yayan telekanalları da bu oyunların işıqlandırılmasında iştirak edib. Bu mənada oyunların işıqlandırılmasına geniş imkan yaradıldığına görə də təşəkkürümü bildirirəm. Oyunlar Azərbaycanın yeni infrasturulturunu görmək üçün də bir fürsət idi. Bu oyunlar Azərbaycanın yüksək təşkilatçılıq bacarığını ortaya qopydu. Azərbaycan “Evrovision”, Birinci Avropa Oyunları ilə bu məsələdə böyük təcrübə qazanıb. Bu təcrübənin nəticələrini İslam Oyunlarında bir daha görmək imkanımız oldu. Oyunlardan qazanılan digər bir fayda turizm infrasturukturunun nümayişi oldu. Azərbaycanın turizm imkanları ölkənizin bu sahədə inkişafına imkan verəcək. Azərbaycanın təşkilatçılığında diqqətçəkən məqamlardan biri də təhlükəsizlik məsələsi idi. Biz həm də ölkənizin idmandakı uğurları və qonaqpərvərliyinə şahid olduq”.
Türkiyənin ölkəmizdəki səfirliyinin kiçik katibi Öznur Tüben Cokrak Azərbaycanının bu oyunlarda böyük bir uğura imza atdığını deyib: “Türkiyə mediası bu oyunları daim diqqətdə saxladı TRT Spor, TRT Avaz telekanallarında yarışlardan repotajlar yayımlandı. İslam dünyasında birlik və bərabərliyin təmin edilməsində bu oyunlar çox böyük əhəmiyyət kəsb edir. Bu oyunlar növbəti ildə Türkiyədə keçiriləcək, hər kəsi növbəti oyunlarda iştiraka dəvət edirik”.
İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Məhəmməd Rza Nəcəfi bu oyunlarla Bakıdan dünyaya qardaşlıq, həmrəylik mesajı ötürüldüyünü deyib: “Bu oyunların keçirildiyi müddət ərzində 30 müxtəlif xəbər agentliklərindən 21 iranlı jurnalist idman tədbirini işıqlandırıb. Yarışlar İran İslam Respublikasnın 67 televiziya və 85 radio kanalı vasitəsilə yayımlanıb. Bu oyunların keçirildiyi müddətdə Azərbaycan dünya ölkələrinin diqqət mərkəzində olub. İran dövlət rəhbərliyi tərəfindən də oyunlar maraqla izlənib. Ölkəmizi təmsil edən idmançılarımızın üçüncü yeri tutmaqla yarışları başa vurması da bizi sevindirən məqamdır. Oyunların təşkilatçılığı, yarışların beynəlxalq səviyyədə keçirilməsi Azərbaycanın bu sahədəki dəyərli və böyük təcrübəsindən xəbər verir”.
İndoneziya səfirliyi birinci katibi Angela Angreani Soevono oyunları yüksək səviyyədə təşkil etdiyinə görə Azərbaycanı təbrik edib. O, İslam Oyunlarının dünyaya çatdırılmasında medianın mühüm rol oynadığını deyib: “İndoneziya mediaya ictimai fikrin formalaşmasına görə böyük bir portnyor kimi baxır. Mediada İslam Oyunlar barədə verilən məlumatlarda idmançıların həmrəylik ruhunu sezmək olardı. İslam ölkələri jurnalistlərinə bu ağır işi uğurla başa vurduqlarına görə təşəkkür edirik. Onlar islamın həmrəylik ruhunu dünyaya düzgün çatdırdılar”.//publika
Yenicag.Az
www.yenicag.az