Bərdədə ağır QƏZA - Ölən var

media-hightechnic-468x90

Bərdədə ölümlə nəticələnən yol qəzası baş verib.

media-banner_tkm

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, mayın 18-nə keçən gecə Bərdə şəhəri ərazisində şəhər sakinləri İ.Mustafayevin idarə etdiyi “Nissan”, F.Əliyevin idarə etdiyi “KİA” və Gəncə şəhər sakini T.Əliyevin idarə etdiyi “Opel” markalı avtomobillər toqquşub.

Nəticədə T.Əliyev və sərnişini Elgün Məmmədov, habelə F.Əliyevin sərnişini A.Əliyev xəstəxanaya yerləşdirilmiş, E.Məmmədov orada ölüb.

Bərdə Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05