Bərdədə ağır yol qəzası-1 ölü

media-hightechnic-468x90

88838Bərdədə ağır yol qəzası baş verib.

Yenicag.az qafqazinfo-ya istinadən bildirir ki, yük avtomobili ilə minik maşınının toqquşması nəticəsində 1 nəfər ölüb, iki nəfər ağır bədən xəsarəti alıb.

Hadisə Yevlax Bəhrəmtəpə yolunun Bərdə rayonu ərazisində qeydə alınıb. Qəza zamanı toqquşan maşınlar “Ford” markalı yük avtomobili ilə “VAZ 2106”dır.

Hadisə zamanı “Ford” markalı yük maşını yoldan çıxaraq aşıb. Yük maşınının sürücüsü və sərnişini ağır bədən xəsarəti aldığından ətrafdakı insanların köməkliyi ilə rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.

Polis hadisənin səbəblərini araşdırır. Qeyd edək ki, qəza zamanı ölən və xəsarət alanların şəxsiyyəti hələlik məlum deyil.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600