Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Banner
Qarabağ FC

Beren və Kıvanç yenidən bir araya gəlir - YENİ FİLM

Beren Saat və Kıvanç Tatlıtuğ illər sonra yenidən görüşəcəklər.

Yenicag.az xəbər verir ki, iddia edilib ki,”Netflix abunə” istədiyi reytinqi toplaya bilmədiyinə görə, 2021-ci il üçün Beren Saat və Kıvanç Tatlıtuğun baş rollarını paylaşacağı bir film hazırlığına başlayıb.

Məlumata görə, film çox məşhur bir sevgi kitabı əsasında çəkiləcək.

Beren Saat və Kıvanç Tatlıtuğ 2008-2010-cu illərdə “Aşk-ı Memnu”da birlikdə baş rolları canlandırıb. Əfsanəvi serialın Bihter və Behlülü ilə bağlı çıxan xəbər hamı tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, “Netflix” bundan öncə Çağatay Ulusoyun baş rolunu canlandırdığı “Hakan Muhafız”la ilk dəfə olaraq Türk seriallarına çıxıb.

Ardından Yılmaz Erdoğanın son filmi “İşler Sazan Sarmalı” yayımlanıb.

Bundan sonra Tuba Büyüküstün ilə mini sənədli film çəkən “Netflix”, “Atiye” adlı bir serial üçün Beren Saat ilə razılaşıb. Bu layihələri hələ yayımlamayan “Netflix”, “Sevgi 101” adı altında yayımlanacaq gənclər seriyasının treylerini də təqdim edib.

Lakin bütün bu həmlələr Netflixin abunə sayıni Türkiyədə gözlədiyi səviyyəyə çıxara bilməyib.

Buna görə də səlahiyyətlilər uzun müddət yaddaşlarda iz buraxan, köhnə bölümləri hələdə izlənən serialın Bihter və Behlülünü bir araya gətirmək üçün hərəkətə keçiblər.

www.yenicag.az

1951
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM