Ötən gecə Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində daha iki qarşılaşma baş tutub.
Yenicag.az xəbər verir ki, “Çelsi” Londonda “Barselona”nı, “Bavariya” isə doğma azarkeşləri önündə “Beşiktaş”ı qəbul edib
Münhendə keçirilən qarşılaşmada açıq-aşkar favorit olan meydan sahibləri rəqib qapısından 5 cavabsız qol keçirib. Bununla da almanlar cavab matçını formallığa çevirib.
Londonda isə komandalar hərəyə bir dəfə fərqlənib – 1:1.
Çempionlar Liqası
1/8 final (ilk oyunlar)
20 fevral
“Bavariya” – “Beşiktaş” – 5:0
Qol: Müller, 43, 66, Koman, 53, Levandovski, 79, 88
Baş hakim: Ovidiu Hateqan (Rumıniya)
“Alyans Arena”, Münhen
“Çelsi” – “Barselona” – 1:1
Qol: Villian, 62 – Messi, 75
Baş hakim: Cüneyt Çakır (Türkiyə)
“Stemford Bric”, London
www.yenicag.az