"Beşiktaş"ın futbolçusunun gizlətdiyi oğlu - Anası türk imiş

media-hightechnic-468x90

“Beşiktaş”ın futbolçusu Rayan Babelin hər kəsdən gizlədiyi daha bir uşağı olduğu ortaya çıxıb.

Yenicag.az xəbər verir ki, hollandiyalı evli və üç uşaq atası olmasına baxmayaraq, Mina Koç adlı xanımla münasibətdə olub və türkiyəli qızı hamilə buraxıb.

Bu, Babelin 2015-ci ildə Mayamidəki istirahəti zamanı baş verib. 31 yaşlı futbolçu əvvəlcə uşağın atası olmadığını bildirsə də, test zamanı reallıqla barışmalı olub. Denys adlı uşağını görməyə gəlmədiyini bildirən Mina Koç, Babeli məhkəməyə verəcəyini bildirib.

“Babel uşağını doğumdan 3 ay sonra DNT testi etdirmək üçün gələndə cəmi bir dəfə görüb” deyə, hazırda ABŞ-da yaşayan xanım qeyd edib.

Yenicag.az

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600