“Beşinci kolon” ölkəmiz üçün təhlükədirmi?”
Azərbaycanlılar “beşinci kolon”u özləri üçün böyük təhlükə hesab edirlər.
Bu nəticə keçirilən sorğu nəticilərindən sonra bəlli olub.
1731 nəfərin iştirak etdiyi sorğuda oxuculara “Rusiyanın Azərbaycandakı “beşinci kolon”u ölkəmiz üçün təhlükədirmi?” sualı ilə müraciət edilib. İştirakçıların 60%-i “beşinci kolon”u ölkə üçün böyük təhlükə hesab etdiklərini bildiriblər. 22% şəxs ümumiyyətlə bu ifadə haqqında informasiyaya sahib olmadığını qeyd edib. Yerdə qalan hissə isə ölkədə “beşinci kolon”un mövcud olmadığını deyib.
Qeyd edək ki, son günlər müxtəlif ekspertlər tərəfindən Rusiyanın Azərbaycanda “beşinci kolon”un mövcudluğu ilə bağlı proqnozlar verilir. Onlar bu qruplaşmanın Azərbaycanda dəyişiklik etmək üçün əmr gözlədiklərini bildirirlər(axar.az).