Beyinlə bağlı inqilabi irəliləyiş: Ağrı hissi canlandırıldı

media-hightechnic-468x90

ABŞ-nin Stenford Universitetinin alimləri ağrı hissinin beyində necə yayıldığını süni şəkildə yenidən qurmağı bacarıb. 

Yenicag.az xəbər verir ki, “Nature” jurnalında dərc olun araşdırmaya görə, tədqiqatçılar laboratoriyada “hissi assembloid” adlandırılan miniatür sistem yaradıblar.

Bu sistem insan hüceyrələrindən hazırlanaraq ağrı siqnallarının dəridən beyinə qədər olan yolunu təqlid edir.

Layihənin rəhbəri professor Serciu Paska bildirib ki, artıq bu prosesi invaziv üsullara əl atmadan modelləşdirmək mümkündür.

Yeni texnologiya heyvanlara ağrı vermədən sinir sistemini öyrənmək, ağrıkəsiciləri sınaqdan keçirmək və fərdi müalicə planları hazırlamaq imkanını yaradacaq.

Bu nailiyyət ağrı pozuntularının müalicəsində inqilabi dəyişikliklər vəd edir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600