Biləsuvarda qətl törədilib

media-hightechnic-468x90

10780258Bu barədə Biləsuvar rayon Prokurorluğundan məlumat verilib.

Məlumata görə, hadisə rayonun Bağbanlar kəndində qeydə alınıb. Kənd sakini Tofiq Hacıyev 26 yaşlı qızı Aidə Hacıyevanın başını kəsərək öldürüb. Rayon Polis İdarəsi və prokurorluq əməkdaşları hadisə yerinə gəlib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Tofiq Hacıyevin qızı ailəli olub. İki uşaq anası olan qadın başqa bir kişi ilə münasibət qurub. Onun bu hərəkəti kənd sakinləri arasında yayılıb. Tofiq Hacıyev hadisədən əvvəl qızı ilə bu haqda mübahisə edib. Mübahisə zamanı Tofiq Hacıyev qızını öldürüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. (xezerxeber.com)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600