Reklam: High Technic
hightechnic

Bir stəkan suya görə 2 milyon

“Fi” serialındakı rolu ilə populyarlığını daha da artıran Türkiyənin məşhur aktyoru Ozan Güvənə yeni reklam təklifi gəlib.

Yenicag.az türk mediasına istinadən xəbər verir ki, aktyora bir stəkan su içmək üçün düz 2 milyon lirə (təxminən 1 milyon manat) pul təklif olunub. Serialda qeyri-adi suiçmə tərzi ilə izləyicilərin diqqətini çəkən aktyor sözün əsl mənasında pulu su içmək qədər rahatlıqla əldə edəcək.

Qeyd edək ki, təcrübəli aktyor Ozan Güvən Cem Yılmazın yeni ekran işi olan “Arif və 2016” filmində də rol oynayacaq.

www.yenicag.az

1997