!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

BKS-ə ilk özəl uçuş reysinin tarixi AÇIQLANDI

!Reklam – Yazi

SpaceX şirkətinin CEO-su Elon Mask NASA agentliyinin rəhbəri Jim Bridenstine ilə birlikdə Crew Dragon kosmik aparatının BKS-ə (Beynəlxalq Kosmik Stansiya) idarə olunan uçuşun reallaşdırılmasına hazır olduğunu elan edib.

Yenicag.az xəbər verir ki, bu barədə The Verge saytı xəbər verib. Konfrans çərçivəsində NASA rəhbəri bildirib ki, əgər hər şey plana uyğun getsə, ilk uçuş gələn ilin birinci rübündə reallaşdırılacaq. Hal hazırda NASA astronavtlarının kosmosa göndərilməsi uğrunda SpaceX şirkəti Boeing ilə yarışır. Buna baxmayaraq bu şirkətlərdən heç biri hələ idarə olunan uçuşu təşkil edə bilməyiblər. Commercial Crew proqramı çərçivəsində astronavtların kosmosa çatdırılması hələ 2017-ci il üçün planlaşdırılırdı. Lakin NASA dəfələrlə bu proqramı təxirə salmalı olub. Bu ilin mart ayında SpaceX şirkəti Crew Dragon-un pilotsuz versiyasını BKS-ə göndərmişdi.

Nəticədə kosmik aparat uğurlu şəkildə BKS ilə birləşmişdi və daha sonra Yer kürəsinə geri qayıtmışdı. Lakin bir ay sonra həmin kosmik gəmi Yer səthindəki testlər çərçivəsində yandı. Nəticədə həmin aparatın daxil olduğu proqram müəyyən müddətlik təxirə salındı. SpaceX hələ kiçik mühərriklər ilə bağlı problemi aradan qaldırmayıb. Məhz həmin problem nəticəsində əvvəlki testlərdə kosmik aparat yanmışdı. Həmçinin kosmik aparatın paraşüt sistemi də düzgün çalışmır.

Musk ilk idarə olunan uçuş startına kimi digər problemlərin də aşkar ediləcəyini istisna etmir. Buna baxmayaraq partnyorlar əmindirlər ki, bütün problemlərin aradan qaldırılmasından sonra astronavtlar artıq özəl şirkətin köməkliyi ilə BKS-ə gələn ilin birinci rübündə yollana biləcəklər. Konfrans çərçivəsində Musk ilə NASA rəhbəri onu da qeyd ediblər ki, onlar astronavtların həyatarının təhlükəsiz şəraitdə olduqlarına əmin olmayınca həmin uçuş reallaşdırılmayacaq.

COP29

www.yenicag.az

1421
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv