“BMT bu gün dünya mənzərəsinə heç bir halda təsir edə bilmir”

media-hightechnic-468x90

siaphoto_461588“Beynəlxalq təşkilatların kritik, ən əsası da milli məsələlərdə görə biləcəyi bir şey yoxdur. Hərçənd dünya mediası bu gün Gömrük İttifaqından tutmuş MDB-yə və Avropa Şurasına qədər bir növ dövlətlərin bölgüsünü aparırlar. Əslində bununla onlar özləri üçün kimin Avropa, kimin Qərb, kimin isə Rusiyaya meyilli olduğunu ayırd etmək üçün meyar seçirlər”. Bunu politoloq Elşən Musayev Ukrayna və Gürcüstanın NATO-ya üzv olmaq üçün can atmasına münasibət bildirərkən deyib.

Politoloqun sözlərinə görə, ümumilikdə bütün hallarda bunlar yanlışdır: “Deyərdim ki, bu gün Ukrayna hər hansı bir təşkilata üzv olmaqla sadəcə özünü qorumaq istəyir. Hesab edirəm ki, NATO məsələsini zərurət kimi ortaya çıxaran nüans məhz bundan ibarətdir. Gürcüstan bu gün bir növ həm Mixail Saakaşvilinin verdiyi son bəyanatların sığortası ilə məşğuldur. Bunlar bir növ özlərinə seçim, böyük qardaşlar axtarırlar”.

E.Musayev bildirib ki,bu yaxınlarda ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nuland Azərbaycana səfər etdi: “Bəs gəlin görək bu nə deməkdir? Bu o deməkdir ki, ümumiyyətlə bu gün sərgilənə biləcək ən gözəl fəaliyyət Azərbaycan modelidir. Fikir versəniz görərsiniz ki, Rusiya, ABŞ, Avropa ölkələri ilə də eyni münasibətlərin saxlanılması bir daha özünü təsdiq etdi. NATO və MDB-nin müqayisəsinə gəlincə, ümumiyyətlə, bu təşkilatların heç bir prespektivinə inanmıram. Hətta BMT bu gün dünya siyasətinə, mənzərəsinə heç bir halda təsir edə bilmir. Əgər təsir edə bilsəydi, Azərbaycanla bağlı qətnamələr ortalıqda qalmazdı, eləcə də bu gün Ukrayna eyni aqibəti yaşamazdı. Bu gün Ukraynada itki bir tək bu ölkənin xalqının itkisidir”(sia.az).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600