Boksçumuz iranlı rəqibini məğlub etdi

media-hightechnic-468x90

Azərbaycan boksçusu Nəbi İsgəndərov Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatına qələbə ilə başlayıb.

Yenicag.az xəbər verir ki, 67 kq çəki dərəcəsində mübarizə aparan yığma üzvü 1/16 final mərhələsində Ali Habibinejadla (İran) döyüşüb.

Görüş İsgəndərovun qələbəsi ilə yekunlaşıb. Gəncə boks məktəbinin yetirməsi rəqibini 4:1 (27:30, 29:28, 29:29, 30:26, 29:28) hesabı ilə məğlub edib. O, 1/8 finalda rusiyalı Tarxan İdiqovla üz-üzə gələcək. Qarşılaşma mayın 9-da olacaq.

Qeyd edək ki, 107 ölkədən 538 idmançının qatıldığı dünya çempionatı mayın 14-də başa çatacaq.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05