“Hətta Rusiya belə bu mövzuda nəticə əldə olunması üçün danışıqlar təşkil edəcəyini bildirir”.
Bu fikirləri Türkiyə-Ermənistan dövlət sərhədinn açılma ehtimalını şərh edən politoloq Abutalıb Səmədov Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, Türkiyə, Ermənistanla sərhədlərinin açılmasının yalnız Azərbaycanla sülh müqaviləsinin bağlanmasından sonra baş tuta biləcəyini dəfələrlə bəyan edib:
“Bu mövqe dəyişməyib, dəyişməyəcək. Türkiyənin belə yanaşması yaxın perspektivdə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına gətirib çıxara bilər. Xüsusilə Türkiyənin, ABŞ-nin, Avropanın bir sıra strukturlarının Cənubi Qafqazda sülh müqaviləsinin imzalanmasında maraqlı olduğunu nəzərə almaq lazımdır. Hətta Rusiya belə bu mövzuda nəticə əldə olunması üçün danışıqlar təşkil edəcəyini bildirir.
Mübahisəli məsələlərin bir çoxunun həll olunduğunu nəzərə alsaq, sülh müqaviləsinin yaxın perspektivdə imzalanması üçün əlverişli şəraitin yarandığını demək mümkündür. Düzdür, müqavilənin bu ilin sonuna qədər imzalanacağını gözləyirdik, lakin bu proses növbəti ilin əvvəllərində baş tutacaq. Yalnız müqavilənin əldə olunmasından sonra Türkiyə ilə Ermənistan sərhədi açılacaq və bu, bölgənin əməkdaşlıq zonasına çevrilməsinə mühüm töhfə verəcək”.
Nəsimi Ələsgərli
www.yenicag.az