!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Borca düşən Tacir Şahmalıoğlu: "Gördüm, sonu faciədir, həyat yoldaşımın qızıllarını da satıb..."

!Reklam – Yazi

“Bir onda ayıldım ki, 30 min borcum var”.

Yenicag.az xəbər verir ki, bunu tanınmış müğənni Tacir Şahmalıoğlu pandemiya zamanı yaşadığı məhrumiyyətlərdən danışarkən deyib.

Müğənni hətta həyat yoldaşının qızıllarını belə satıb ailəsini dolandırdığını bildirib:

“Həyat bir imtahandır, Allah bəndəsini imtahana çəkər. Pandemiya vaxtı Ramanada bağ evinə köçdük yaşamaq üçün. Düşünürdüm, toy olacaq, ya kimlərsə kömək edəcək. Bizim ev də həmişə qonaq-qaralı olur. Yemək-içmək, kommunal xərclər… Olanımızı xərclədik, il başa çatdı, bir onda ayıldım ki, 30 min borcum var. Dostlarıma zəng edirdim, sağ olsunlar, hərəsi 2-3 min borc verirdi. Birmənalı müflisləşdim, əlimdə olanları satdım. Həyat yoldaşımın qızılını satdım, gördüm, bunun axırı faciə ilə qurtaracaq. Oğlum Rusiyaya getdi, dostlarının köməyi ilə toylara dəvət aldı. Sonra məni də yanına çağırdı. İndi çörək qazanmaq yerimiz oradır”.

Sənətçi bunları “Onun sirri” verilişində deyib.

Cəvahir

COP29

www.yenicag.az

1459
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv