!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

BP “Exxon” və “Chevron” şirkətlərinin payını alır – “Əsrin müqaviləsi”ndəki boşluqlar “doldurulur”

!Reklam – Yazi

Böyük Britaniyanın BP şirkəti “Azəri-Çıraq-Günəşli” layihəsindən çıxan “Exxon” və “Chevron” şirkətlərinin payını almağa hazır olduğunu bəyan edib.

Yenicag.az interfax.az-a istinadən xəbər verir ki, bu niyyəti sıxılmış qaz üzrə tədbirdə çıxış edən BP rəhbəri Robert Dadli açıqlayıb.

Dadli adları çəkilən şirkətlərin öz paylarını münasib qiymətə satacaqlarına inandığını deyib:
“Azəri-Çıraq-Günəşli” layihəsində iştirakımızdan məmnunuq. Fikrimcə, əgər orada payımızı artırmaq imkanı yaranarsa, bu, bizim təbii seçimimiz olacaq. Ancaq hər şey qiymətlərin necə olacağından asılıdır”.

O, qeyd edib ki, “Exxon” və “Chevron” şirkətləri hələlik özlərinin layihədəki paylarını qiymətləndirirlər və satış üçün tenderə başlamayıblar.

Xatırladaq ki, “Azəri-Çıraq-Günəşli” layihəsində payların 30,37 faizi BP-yə, 25 faizi SOCAR-a, 9,57 faizi “ExxonMobil” və “Chevron”a, 9,31 faizi “Inpex Corp. и Itochu Oil”ə, 7,27 faizi “Statoil”ə, 5,73 faizi “Türk Petrolları”na, 2,31 faizi ONGC-yə məxsusdur.

COP29

www.yenicag.az

7060
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv