!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

BŞTİ-nin sektor müdiri: "Müsahibədə uğur qazana bilməyən şəxs apellyasiyaya müraciət edə bilər"

!Reklam – Yazi

Birinci sinfə qəbulda tədrisi digər dillərdə aparılan bölmələr üzrə müsahibə mərhələsində iştirak edib uğur qazana bilməyən uşaqlar heç bir sıxıntı olmadan Azərbaycan bölməsində sorğu yerləşdirərək təhsil ala bilərlər.

Yenicag.az xəbər verir ki, bunu Bakı Şəhəri Üzrə Təhsil İdarəsinin (BŞTİ) sektor müdiri Tural Mahmudov deyib. O bildirib ki, müsahibədə uğur qazana bilməyən şəxs israrla rus bölməsində təhsil almaq istəyirsə, bununla bağlı apellyasiyaya müraciət edə bilər: “Bununla bağlı şəxsi kabinetdə bölmə var. Valideynin müraciəti qeydə alındı SMS-ni aldıqdan sonra apelyasiyanın yeri və tarixini şəxsi kabinet, həmçinin SMS bildiriş vasitəsilə vətəndaşa göndərilir.

Apellyasiya mərhələsi yenidən müsahibə deyil. Müsahibə prosesi valideynin iştirakı və videoçəkilişlə aparılır. Bu da prosesin şəffaflığını göstərir. Videoçəkilişə baxaraq apellyasiya komissiyası qərar verir”.

Xatırladaq ki, mayın 1-dən 2024-2025-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna başlanılıb. Uşaqların birinci sinfə elektron qəbulu ölkənin bütün şəhər və rayonlarının ümumi təhsil müəssisələrini əhatə edir və proses www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır.

Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi sentyabrın 13-dək davam edəcək. Mayın 17-dək tədrisi digər dillərdə aparılan bölmələr üzrə birinci siniflərə qeydiyyat, mayın 30-dək isə müsahibə mərhələsi keçiriləcək. Sözügedən qrupda iyunun 12-dən sentyabrın 13-dək məktəb və müəllim seçimi aparılacaq. 1-ci sinfə elektron qəbul prosesində valideynlərə kömək məqsədilə ölkə üzrə ümumilikdə 326 Alternativ Qeydiyyat Mərkəzi yaradılıb.

Azərbaycan bölməsi üzrə 82 minə yaxın uşaq məktəbəhazırlıq qrupundan avtomatik olaraq I sinfə keçirilib.

COP29

www.yenicag.az

189
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv