Bu gənənin dişlədiyi insan bir daha QIRMIZI ƏT YEYƏ BİLMİR

media-hightechnic-468x90

 

Alfa-Gal allergiyası və ya bu gənə sizi necə qırmızı ət vegetarianı edə bilər?

Amblyomma americanum və ya Lone star gənəsi adı ilə tanınan bu gənənin dişlədiyi insanlarda bir müddət sonra qırmızı ət allergiyası əmələ gəlir.

Bu insanlar bütün geri qalan həyatları boyunca qırmızı ət qəbulundan sonra ürəkbulanma, baş gicəllənmə, qan təzyiqinin kəskin düşməsi və anafilaktik şoka qədər gedib çıxa biləcək simptomlarla qarşılaşırlar.

Buna səbəb gənənin tüpürcəyi içərisində olan primatlardan (meymunlar, insanlar) başqa bütün məməlilərin ətində rast gəlinən galaktoz-alfa-1,3-galaktoza karbohidratının insan qanına qarışması nəticəsində immun sistemi tərəfindən ona qarşı antitel istehsal edilməsidir.

Beləliklə qırmızı ət allergiyası yaranan insanlar ətli qida olaraq sadəcə quş və balıq əti qəbul edə bilərlər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600