Bu gün “Qarabağ”ın matçı var

media-hightechnic-468x90

“Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu keçirəcək.

Yenicag.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv İtaliyada “Napoli” ilə üz-üzə gələcək.

“Stadio Diego Armando Maradona” stadionunda baş tutacaq V turun qarşılaşması Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Matçın baş hakimi polşalı məşhur FIFA referisi Şimon Marçinyak olacaq.

“Qarabağ” Liqa mərhələsində 7 xalla 15-ci pillədə qərarlaşıb. Neapol klubu 4 xalla 24-cü sıradadır.

Qeyd edək ki, Azərbaycan çempionu daha əvvəl turnirdə Portuqaliyanın “Benfika” (3:2), Danimarkanın “Kopenhagen” (2:0) komandalarını məğlub edib. İspaniyada “Atletik”ə uduzan (1:3) “köhlən atlar” Bakıda İngiltərə təmsilçisi “Çelsi” ilə bərabərə qalıb – 2:2.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa