Bu klinika ölüm hadisəsinə görə məhkəməyə verildi

media-hightechnic-468x90

“Xəzər” klinikasında əməliyyatdan sonra dünyasını dəyişən Ş.Əhmədovanın qızı Songül Əhmədova maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinin təmin edilməməsi barədə qərardan apellyasiya şikayəti verib.

Yenicag.az Report-a istinadən xəbər verir ki, şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi Anar Tanrıverdiyevin icraatında araşdırılır.

Qeyd edək ki, ölüm hadisəsi 2018-ci ilin avqust ayında baş verib.

Ş.Əhmədova “Xəzər” klinikasında əməliyyatdan sonra dünyasını dəyişib.

Şərqiyyə Əhmədovanın qızı Songül Əhmədova anasının klinikada çalışan həkimlərin səhvi ucbatından vəfat etdiyini iddia edərək məhkəməyə müraciət edib.

Nizami Rayon Məhkəməsi mülki iddianı təmin etməyib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa