!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu məntəqələrdə nəticələr ləğv edildi - SİYAHI/YENİLƏNİR

!Reklam – Yazi

17:50

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da Milli Məclisə seçkilərlə əlaqədar 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi ilə bağlı müraciətə baxılıb.

Yenicag.az-ın məlumatına görə, iclasda bildirilib ki, həmin dairə üzrə namizədlər Natiq Cəfərlinin və Elman Quliyevin müraciətində dairə üzrə bir sıra seçki məntəqələrində seçki prosesinin pozulduğu qeyd edilib.

MSK katibi Arifə Muxtarova bildirib ki, araşdrmalar zamanı qeyd olunan hallar 8 seçki məntəqəsində öz təsdiqini tapıb.

A.Muxtarova təklif edib ki, həmin dairə üzrə 6, 9, 10, 23, 25, 27, 28, 29 və 31 saylı məntəqələrdə səsvermənin nəticəsi ləğv edilməlidir.

Daha sonra çıxış edən MSK sədrinin müavini Rövzət Qasımov 13, 14 və 31 saylı məntələrdə də qanun pozuntularının olduğunu qeyd edərək həmin məntəqələrdə də seçkinin nəticələrinin ləğv edilməsini təklif edib.

Hər iki təklif səsə qoyularaq qəbul edilib və həmin dairə üzrə 11 məntəqədə səsvermənin nəticələri ləğv edilib.

***

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da Milli Məclisə seçkilərlə əlaqədar 67 saylı Cəlilabad Şəhər Seçki Dairəsi ilə bağlı müraciətə baxılıb.

İclasda bildirilib ki, müraciətdə həmin dairə üzrə bir sıra seçki məntəqələrində qanun pozuntusuna yol verildiyi iddia edilib.

MSK üzvü Tofiq Həsənov bildirib ki, ki araşdırmalar zamanı qeyd olunan pozuntu halları yalnız 10 və 29 saylı seçki məntəqələrində öz təsdiqini tapıb. T.Həsənov qeyd edib ki, həmin seçki məntəqələrində seçicilərin iradəsinə təsir edəcək hallar müşahidə olunub. MSK üzvü həmin məntəqələrdə səsvermənin nəticələrinin ləğv edilməsini təklif edib. Təklif səsə qoyularaq qəbul edilib.

Qeyd edək ki, həmin dairə üzrə lider namizəd Malik Həsənovdur.

***

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 18 saylı Nərimanov-Nizami seçki darəsi ilə bağlı müraciətə baxılıb.

İclasda bildirilib ki, müraciətdə həmin dairə üzrə bir sıra seçki məntəqələrində qanun pozuntusuna yol verildiyi iddia edilib.

MSK üzvü İlham Məmmədov bidirib ki, araşdırmalar zamanı qeyd olunan pozuntu halları yalnız 10 saylı seçki məntəqəsində öz təsdiqini tapıb. İ.Məmmədov qeyd edib ki, həmin seçki məntəqəsində seçicilərin iradəsinə təsir edəcək hallar müşahidə olunub. MSK üzvü həmin məntəqədə səsvermənin nəticələrinin ləğv edilməsini təklif edib. Təklif səsə qoyularaq qəbul edilib.

Qeyd edək ki, həmin dairə üzrə lider namizəd Rasim Musabəyovdur.

***

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 118 saylı Ağdam şəhər seçki darəsi ilə bağlı müraciətə baxılıb.

İclasda bildirilib ki, müraciətdə həmin dairə üzrə bir sıra seçki məntəqələrində qanun pozuntusuna yol verildiyi iddia edilib.

MSK katibi Arifə Muxtarova bidirib ki, araşdırmalar zamanı qeyd olunan pozuntu halları yalnız 25 və 33 saylı seçki məntəqəsndə öz təsdiqini tapıb. A.Muxtarova həmin məntəqədə səsvermənin nəticələrinin ləğv edilməsini təklif edib. Təklif səsə qoyularaq qəbul edilib.

***

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 118 saylı Ağdam Şəhər Seçki Darəsi ilə bağlı müraciətə baxılıb.

İclasda bildirilib ki, müraciətdə həmin dairə üzrə bir sıra seçki məntəqələrində qanun pozuntusuna yol verildiyi iddia edilib.

MSK katibi Arifə Muxtarova bildirib ki, araşdırmalar zamanı qeyd olunan pozuntu halları yalnız 25 və 33 saylı seçki məntəqəsndə öz təsdiqini tapıb. A.Muxtarova həmin məntəqədə səsvermənin nəticələrinin ləğv edilməsini təklif edib. Təklif səsə qoyularaq qəbul edilib.

COP29

www.yenicag.az

4214
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv