Bu gün Peruda Milli Konqres deputlarının növbədənkənar seçkiləri keçirilir.
Yenicag.az xəbər verir ki, 21 partiya ölkənin bir palatalı qanunverici orqanında 130 yer uğrunda mübarizə aparır.
Ölkənin seçki komissiyasının məlumatına görə, 26 seçki dairəsində təxminən 24,8 milyon vətəndaş (ölkə əhalisinin 32,5 milyon nəfərindən) siyasi hərəkatlardan birinə birbaşa gizli səsvermə zamanı səs verməlidir.
Səsvermə saat 16:00-da başa çatacaq.
Bildirilib ki, təhlükəsizlik tədbirlərinə 135 min polis və 48 min hərbçi cəlb edilib. Səsvermədə iştirak icbaridir. Üzrlü səbəb olmadan səsvermədən yayınanlar yaşadığı ərazidən asılı olaraq cərimə olunacaqlar.
www.yenicag.az