Erkən ölümdən qaçmaq və uzun ömür yaşamaq istəyənlərə daha çox bitki zülalları qəbul etmək tövsiyyə edilir.
Yenicag.az xəbər verir ki, bu barədə Yaponiya alimləri araşdırma aparıb.
Belə ki, onlar 20 il ərzində 7000 insan üzərində müşahidə aparıb.
Məlum olub ki, rasionunda bol miqdarda lobya, paxla, tofu olan yaponlar nadir halda tez ölür.
Bitki mənşəli zülal artıq çəkidən də azad edir, iştahı kəsir, toxluq yaradır. Əgər insan zülalı yalnız heyvan mənşəli alırsa, yəni ət, piy, yağı çox yeyirsə, o həm piylənir, həm də onkoloji xəstəliklərə asan tutulur.
Ürək-damar xəstələri də zülalı qırmızı ətdən yox, paxlalardan alsalar, daha çox yaşayar.
www.yenicag.az