Yeni qəbul edilən qanun siqarət çəkənləri olduqca çətin vəziyyətə salacaq.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, İsveçdə kafe və restoranların açıq hissələrində də siqarət çəkmək qadağan olunub. Yeni qanuna əsasən, İsveçin bütün şəhərlərində restoranların terraslarında, kafelərin açıq hissələrində, binaların girişində, idman zallarında və oyun parklarında da siqaret çəkmək olmaz.
Qeyd edək ki, jurnalistlər siqaret çəkən insanlara qarşı qanunun sərtləşdirilməsinin səbəbini İsveçin sosial işlər nazirinin mətbuat katibindən soruşsalar da cavab ala bilməyiblər.
www.yenicag.az