!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Bunu səndən gizlədirlər"- Əməkdar artistə falçıdan QORXUNC PROQNOZ  

!Reklam – Yazi

Əməkdar artist, tanınmış aktrisa Mehriban Xanlarova illər öncə qaraçı qadının ona dediklərini xatırlayıb.

Yenicag.az-a açıqlama verən aktrisa həmin hadisədən sonra fala inandığını bildirib:

“İllər öncə Türkiyədə idim. Dəniz kənarında oturub istirahət edirdim. Bir qaraçı yaxınlaşdı ki, ver əlini, falına baxım. Maraq mənə üstün gəldi, dedim baxsın, görüm məni qarşıda nə gözləyir? Əlimə baxan kimi qorxunc sözlər söylədi. Dedi ki, evinizdə xəstə var, amma səndən gizlədirlər. Şoka düşdüm. Onda mən bir müddət idi ki, Türkiyədə qalırdım və evdəkilərlə telefon əlaqəsi saxlayırdım. Qaraçı onu da dedi ki, ağır əməliyyat keçirəcəksən, amma qorxma. Bakıya gələndə gördüm ki, qardaşım xəstədir. 2007-ci ildə də əməliyyat olundum. Qaraçının dedikləri düz çıxdı”.

Fala inandığını deyən aktrisa sənət adamlarının çoxunun fala baxdırdığını deyib:

“Mən fala inanıram. Sənət adamlarından kim deyirsə ki, fala baxdırmıram, bil ki, yalan danışır. Elə hamıdan qabaq onlar fala baxdırır. Sadəcə olaraq, bunu gizlədirlər. Fal da var, cadu-piti də. Mənə o qədər cadu olunub ki… Amma cadu etdirən adam sonda özü ziyan çəkir”.

Cəvahir

www.yenicag.az

5658
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv