“Çanaqqala zəfəri bütün Türk dünyasının zəfəridir”

media-hightechnic-468x90

qqdsc_0129Millət vəkili Qənirə Paşayeva bu gün parlamentin iclasında Çanaqqala zəfərinin 100-cü ildönümünün Azərbaycanda yüksək səviyyədə qeyd edilməsini təklif edib. O, həmkarı Fazil Mustafanın bu istiqamətdə təkliflərini dəstəkləyib və bildirib ki, Çanaqqala zəfəri bütün Türk dünyasının zəfəridir.

media-banner_tkm

“Çanaqqala zəfərində mindən artıq, bəzi araşdırmalara görə bundan daha da çox azərbaycanlı Anadoluda, Türkiyə torpaqlarında oradakı qardaş-bacılarımızla vətən mübarizəsində şəhid olaraq, qəhrəmanlaşıblar”.

Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğunu deyən Qənirə Paşayeva aprelin 24-də Prezident İlham Əliyevin də Çanaqqala zəfərinin 100-cü ildönümü ilə bağlı Türkiyədə dövlət səviyyəsində keçiriləcək tədbirdə iştirak edəcəyi ilə bağlı məlumatlara toxunub və bunu qardaşlığın ən gözəl nümunəsi adlandırıb.
Millət vəkili Çanaqqala zəfərinin 100-cü ildönümü münasibətilə həm qardaş Türkiyədə, həm də ölkəmizdə keçiriləcək tədbirlərin qondarma “erməni soyqırımı” iddiaları ilə çıxış edənlər güclərə tutarlı cavab ola biləcəyini deyib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05