Cəlilabad sakini bıçaqlandı

media-hightechnic-468x90

teleqraf.com13976314171355163193_bicaq-qanli-eldeÖtən gün axşam saatlarında Cəlilabad rayonunun Göytəpə şəhərində bıçaqlanma hadisəsi baş verib.

Yenicag.az qafqazinfo-ya istinadən bildirir ki, qızının ad gününə hazırlaşan Göytəpə sakini, 37 yaşlı Mirqoşqar Mürsəlov həyat yoldaşı ilə marketdən bazarlıq edib geri qayıdarkən bir neçə şəxs tərəfindən döyülərək bıçaqlanıb.

Yaralı dərhal yaxınlarının köməkliyi ilə Cəlilabad rayon mərkəzi xəstəxanasına çatdırılıb. Xəstəxanada ona ilk tibbi yardım göstərildikdən sonra cərrahiyyə şöbəsinə qaldırılıb.

Həkimlər yaralının vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.

Hələlik hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı Cəlilabad rayon polis şöbəsində araşdırmalar aparılır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa