Cəlilabadda nəqliyyat vasitəsinin aşması nəticəsində 3 nəfər xəsarət alıb.
Yenicag.az xəbər verir ki, hadisə Ələt-Astara magistralının Cəlilabad rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan avtomobil idarəetməni itirərək yolun kənarına aşıb. Nəticədə 3 nəfər Masallı rayon sakini – 1974-cü il təvəllüdlü Aqşin Quliyev, 1961-ci il təvəllüdlü Aləmzər Quliyeva və Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Səidə Canbolata müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Xəsarət alanlar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəsarət alanlardan ikisinin vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır./APA
www.yenicag.az