Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Tanınmış aktrisa OD PÜSKÜRDÜ: ”Soyundu, özünə kişi tapdı, varlandı”

Gənc aktrisa Cəmilə Tağızadə sənət adamlarının adının pis nümunə kimi hallanmasına qarşı çıxıb. Yenicag.az-a açıqlama verən aktrisa onları qınaq atəşinə tutub:

“Bir çox gənclər efirdə sənət adamlarına baxıb, onlar kimi olmağa çalışırlar. Hansısa soyunan və yüngül həyat tərzi keçirən sənətçi görən kimi düşünür ki, hə, bu soyundu, kişi tapdı, varlandı, mən də bu yolu seçim, asan yolla varlanım. İstəmirəm mənə baxanda elə düşünsünlər, həmişə çalışmışam yaxşı nümunə olum. Gənclər mənə baxanda həvəslənsin ki, hə, deməli əziyyətlə də pul qazanmaq olar. Bütün aktrisalar əxlaqsız deyil ki… Bunu təbliğ etmək lazımdır ki, sənət adamları da cəmiyyət tərəfindən müsbət qarşılansın. Mən də istəyirəm birdən-birə bir miyonluq filmdə çəkilim. Gecə-gündüz əziyyət çəkim, amma zəhmətimin bəhrəsini görüm. Amma hansısa kişinin sevgilisi olum, mənə pullar xərcləsin, mən bu həyatı qəbul etmirəm, o düşüncə mənlik deyil. Mən ailə həyatı qurmaq istəyirəm, mənə əkscinsin nümayəndələri ancaq bu məqsədlə yaxınlaşa bilərlər. Evlilik təklifi etsinlər, sevgili təklifi yox”.

 

Cəvahir
Foto: Cəmalə Əlizadə

Yenicag.az

www.yenicag.az

2538
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100