!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Cənubi Afrikada maraqlı kəşf: Alimlər iki milyard il əvvəl düşən asteroidin qalıqlarını tapdı

!Reklam – Yazi

Alimlər sübut edirlər ki, qədim dövrlərdə planetimizə asteroidlər düşüb.

Yenicag.az xəbər verir ki, təbii ki, bu asteroidlərin düşməsi Yerdə bir çox dəyişikliklərə səbəb olub. Xoşbəxtlikdən o dövrdə insan yaşamayıb.

Bu yaxınlarda alimlər iki milyard il əvvəl planetimizə düşən asteroidin qalıqlarını tapıblar. Asteroid elə böyük olub ki, 300 km diametri olan krater yaranıb. Ehtimal edilir ki, asteroidin diamteri 15 km olub.

Krater uzun müddətdir ki, alimlərin diqqətini cəlb edir. Onlar burada qızıl və digər qiymətli metal axtarırlar. Amma bu yaxınlarda alimlər kraterin divarında qayaüstü rəsmlər kəşf ediblər. Rəsmlərin yaşı 8 min ildir. Onları ərazidə bir neçə min il əvvəl məskunlaşan xoy-san xalqı çəkə bilərdi.

Cənubi Afrikanın Azadlıq universitetinin alimi Metyu Huber məsələ ilə bağlı deyib:

“Mən həmişə düşünürdüm ki, krater ancaq geoloqlar üçün maraqlıdır. Amma məlum oldu ki, burada tarix də yatır. Qayaüstü rəsmlərə təkcə heyvanlar yox, o dövrün insanları da təsvir edilib. Burada ilahi rəsmlər, yağış yağdıran tanrılar var. Hələlik onların tanrı yoxsa yadplanetli olduğu bilinmir”./ölkə.az/

COP29

www.yenicag.az

12347
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv