Çin "ruh hissəciyi" aləti ilə kainatın sirlərini çözməyə yaxınlaşır - Neytronlar alimləri təəccübləndirir

media-hightechnic-468x90

Elektrik yükü olmayan “ruh hissəcikləri” adlı neytral atomaltı hissəciklərin elmi adı neytrondur. Elektrik və ya maqnit qüvvələrlə tutulmayan bu hissəciklər maddənin içindən asanlıqla keçə bilir.

Yenicag.az “Independent”ə istinadən xəbər verir ki, hissəcik fizikası üzrə mütəxəssislər Çinin dağlarında yerləşən futuristik yeraltı rəsədxanadakı yeni maye kürə sayəsində bu çətin tutulan hissəcikləri müşahidə edərək elmin gizli sirlərini açmağı ümid edirlər.

Bu kürə “maye sintilyator” adlanan 20 min tonluq maddəni ehtiva edir və neytronlar yaxınlıqdakı iki nüvə elektrik stansiyası vasitəsilə yer altından davamlı şəkildə bəslənir. İncə akril təbəqə ilə örtülmüş kürəvi quruluş 45 min ton saf su ilə dolu qoruyucu silindrin içində yerləşir.

Neytronlar sintilyatordakı protonlarla toqquşduqda gündə təxminən 50 dəfə çox kiçik, lakin qeydə alınan işıq saçmaları yayılır. Dünyanın müxtəlif ölkələrindən olan alimlər bu neytronları uzaqdan izləyir, ölçür və kütlələrinə görə sıralayırlar.

Çin Elmlər Akademiyasından Vang Yifanq dünyanın 700 fizikçisi ilə əməkdaşlıq çərçivəsində “The Times”a belə deyib:

“Neytron kütləsinin iyerarxiyasını öyrənəcəyik və bununla da hissəcik fizikası, neytronlar və kosmologiya üçün bir model yarada bilərik”.

Neytronlar ulduzların partlaması (supernova) və ulduz fizyonları nəticəsində meydana gəldiyindən kainatda ən bol olan hissəciklərdir. Vang bildirir ki, bu atomaltı hissəciklər üzərində aparılan tədqiqat “kainatı anlamağımıza” töhfə verə bilər.

Alim hesab edir ki, gündə 100 min işıq saçması toplamaq və statistik baxımdan əhəmiyyətli nəticələr əldə etmək cəmi 6 il çəkəcək.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa