ÇL: “Qarabağ”ın “Dinamo” ilə cavab oyununun hakimləri açıqlandı

media-hightechnic-468x90

“Qarabağ” və Xorvatiyanın “Dinamo” komandaları arasında Bakıda keçiriləcək UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununun təyinatları bəlli olub.
Yenicag.az Report-a istinadən xəbər verir ki, qarşılaşma İngiltərədən olan hakimlər briqadasına tapşırılıb.
FIFA referisi Maykl Oliverə Stüart Burt və Li Betts kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Kris Kavanaq yerinə yetirəcək. VAR-da Stüart Attvell, AVAR-da Timoti Vud əyləşəcək. Hakim-inspektor Peter Sippel (Almaniya), UEFA nümayəndəsi Balaş Makray (Macarıstan) olacaq.
Qeyd edək ki, avqustun 20-də Zaqrebdəki “Maksimir” stadionunda baş tutan “Dinamo” – “Qarabağ” matçı meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Tərəflər arasında cavab görüşü avqustun 28-də, saat 20:45-də baş tutacaq.
media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600