Corabın içində telefon keçirmək istədi

media-hightechnic-468x90

Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı istintaq təcridxanasına mobil telefon aparatının keçirilməsinin qarşısı alınıb.

Yenicag.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi Penitensiar xidmətindən məlumat verilib.

Həbs edilmiş şəxs Elşad Allahverdi oğlu Zəkiyevlə görüşə gəlmiş həyat yoldaşı Səidə Əlikram qızı Zəkiyevanın əşyalarına və üzərinə baxış keçirilən zaman corabının içində gizlətdiyi və daxilində 2 ədəd danışıq kartı olan “Redmi” markalı mobil telefon aparatı aşkar olunub.

Faktla bağlı araşdırma aparılır./APA

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600