Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Corc Buş rekordçu oldu - Ən uzunömürlü sabiq prezident kimi

ABŞ-ın sabiq prezidenti Corc Buş bu ölkəyə rəhbərlik edənlər arasında ən uzun ömür sürən şəxsə çevrilib.

Yenicag.az xəbər verir ki, söhbət böyük Corc Buşdan (Corc Herbert Uoker Buş) gedir. O, ötən gün 93 yaş 166-cı gününə çatmaqla rekordçu olub. Belə ki, indiyə qədər ABŞ-ın sabiq prezidentlərindən heç biri onun qədər uzun ömür sürməyib. Əvvəlki rekord ABŞ-ın 39-cu prezidenti Cerald Forda məxsus idi. 1974-1977-ci illər aralığında Amerikaya rəhbərlik etmiş həmin şəxs 2006-cı ilin 26 dekabrında, 93 yaş 165 günlüyündə dünyasını dəyişib.

Corc Herbert Uoker Buş 1924-cü ildə, iyunun 12-də Massaçusets ştatının Milton şəhərciyində anadan olub. O, ABŞ-a 1989-1993-cü illər aralığında prezidentlik edib.

Heydər Əliyevlə Corc H.U. Buş balıq ovunda

www.yenicag.az

2603
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100