Bu gün Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarına yekun vurulub.
Yenicag.Az xəbər verir ki, bağlanış mərasimdə çıxış edən İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faisal Əbdüləziz Əl Nassar Azərbaycana qonaqpərvərliyinə görə təşəkkür edib:
“Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, “Bakı 2017” İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri, birinci vitse-prezident Mehriban Əliyeva və Təşkilat Komitəsində çalışanların sayəsində bu axşam keçirilən İslamiadanın bağlanış mərasimi burada, Azərbaycanın paytaxtında möhtəşəm idman və dostluq bayramının başa çatmasından xəbər verir. Bakı dövlətlərimizin atletlərinə bacarıqlarını nümayiş etdirmək üçün 4 qitədən gəlmiş insanlara birlik və anlaşma ruhunda qarşılıqlı əlaqələrimizi qeyd etmək məqsədi ilə yaradılmış gözəl şəraitləri təmin etdi. Bu əlamətdar İslam Həmrəyliyi Oyunları Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin rəhbərliyi ilə, “Bakı 2017” İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri, birinci vitse-prezident Mehriban Əliyeva və Təşkilat Komitəsində çalışanların sayəsində qonaqpərvər və ev sahibliyi mümkün oldu. Mən İslam Həmrəyliyi Federasiyası adından idmançılara oyunlarda iştirak etdiklərinə, könüllülərə, “Bakı-2017”-ə verdikləri tövhəyə, Azərbaycan xalqına göstərdikləri fədəkarlğa, çox böyük qonaqpərvərliyinə görə təşəkkürümü bildirirəm. 4 ildən sonra “İstanbul -2021” oyunlarını qeyd etmək üçün bizə qoşulmağınızı arzulayıram. Çox sağ ol, Bakı! Çox sağ ol, Azərbaycan!
Yenicag.Az
www.yenicag.az