"Çukur"da "Azərçay", "Eşkiya"da "Badamlı" - VİDEO
Türkiyənin məşhur “Eşkiya dünyaya hükümdar olmaz” (EDHO) serialında Azərbaycandan bəhs edilib.
Yenicag.az xəbər verir ki, EDHO-nun son buraxılışında “Badamlı” suları reklam edilib.
Suları təqdim edən serial personajı, “Azərbaycandan qardaşlarımız göndərib, sağolsunlar”, – deyib.
Qeyd edək ki, bundan əvvəl məşhur “Çukur” serialında da “Azərçay” reklam olunmuşdu.